Azərbaycanlı fəallar Laçın dəhlizində aksiyaya başladı

Dekabrın 12-də Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və media təmsilçisi Ermənistandan Qarabağa gələn yolda aksiyaya bağlayıb. Fəallar müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpağında təbii sərvətlərin talanmasına etiraz edir.

Hadisə yerində olan iştirakçılardan biri də BAYRAQDAR MEDİA-nın baş redaktor müavini Nadir Azəridir.

N.Azərinin verdiyi xəbərə görə, aksiyada 150-dək fəal iştirak edir. onun bildirdiyinə görə, dekabrın 12-si səhərdən başlayan aksiya çərçivəsində fəallar yolun üstündə çadırlar qurublar.

N.Azəri bildirir ki, rus sülhməramlıları aksiya iştirakçılarına qarşı kobud davranış sərgiləyir. O da bildirilir ki, ruslar gündəlik istifadə etdikləri adi silahlarla deyil, daha ağır silahlarla silahlanıb.

Aksiya iştirakçıları ekosidə son qoyulması, Azərbaycan dövlət qurumlarının ərazidə ekoloji monitorinqinə şərait yaradılmasını tələb edirlər.
N.Azəri deyir ki, iştirakçılar sülhməramlıların komandanına müraciətlə “Volkov!” şüarları səsləndirir. Məqsəd komandanın gəlib aksiya iştirakçıları ilə görüşməsi və izahat verməsinə nail olmaqdır.

Azərbaycanlı fəallar aksiyanı davam etdirməkdə qərarlı olduqlarını deyirlər.

Number of View: 779