QHT sədri Varşavada “İfadə azadlığı və Dezinformasiya” mövzusunda çıxış edib

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri ATƏT-in Varşavada Konfransının “İfadə azadlığı” ilə bağlı Plenar İclasda dezinformasiya problemi ilə bağlı çıxış edib.

Ramil İskəndərli öz çıxışında ifadə azadlığına dair beynəlxalq presedent hüququnun hələ konkret dezinformasiya ilə bağlı sual doğuran hüquqi məsələləri həll etmədiyini bildirib. Onun sözlərinə görə, “Konkret ictimai maraqlar pozulmadıqda, məlumatın, hətta yalan faktların verilməsi qorunur, lakin bir şərtlə ki, məlumatın ictimai sağlamlıq, əxlaq və ya təhlükəsizliklə bağlı başqalarının hüquqlarını pozmasın. Dezinformasiya və əlaqəli informasiya problemləri inanılmaz dərəcədə mürəkkəbdir və xüsusi davranışları hədəfləyən ənənəvi tədbirlərlə həll edilə bilməz. Bir çox hallarda biz onlayn sosial mediada geniş yayılan kütləvi dezinformasiya ilə üzləşirik ki, bu da, Dünya İqtisadi Forumu (WEF) tərəfindən cəmiyyətimiz üçün əsas təhlükələrdən biri kimi siyahıya alınıb.

Daha sonra Ramil İskəndərli, Ermənistan və Rusiya mətbuatında fəal şəkildə 44 günlük Qarabağ müharibəsi zamanı və ondan sonra Azərbaycan əleyhinə kampaniya aparıldığını, və nümunə kimi, təkcə Ermənistan və Rusiyanın deyil, bəzi Qərb KİV-lərində də müharibə ilə bağlı dezinformasiyalar, həmçinin Ermənistanla Azərbaycan arasında demarkasiya olunmayan sərhəddə baş verən son hadisələrlə bağlı dezinformasiyaların yayıldığını, halbuki, Azərbaycanın demarkasiya olunmamış Ermənistan-Azərbaycan sərhəddində özünümüdafiə hüququndan istifadə edərək, yalnız legitim hərbi hədəf olan hərbi infrastrukturu hədəf aldığını qeyd etmişdir.

Məsələ ilə bağlı digər konkret misallar çəkərək, Ramil İskəndərli qeyd etmişdir ki, “2022-ci ilin iyununda Azərbaycan cəmiyyətində kəskin etirazla qarşılanan RİA Novosti xəbər agentliyi tərəfindən dezinformasiya, böhtan və separatçı məlumatlara görə RİA Novosti-nin internet saytına girişi qanuni olaraq Azərbaycanda məhdudlaşdırılmışdır. Daha bir misal, 2022-ci ilin iyulunda “Russia Today” müharibə zamanı (qeyd – burada Ukrayna Rusiya konflikti nəzərdə tutulur) dezinformasiyaya görə mart ayında Avropa İttifaqının qadağa qərarına qarşı qaldırdığı Avropa Ədalət Məhkəməsində mübarizəsini uduzmuşdur. Avropanın ikinci ali məhkəməsi Aİ-nin qərarını təsdiqləmışdır.

Çıxışının sonunda, QHT sədri Konfransda iştirak edən beynəlxalq təşkilatlara və media nümayəndələrinə “bəs dezinformasiyaya qarşı necə mübarizə aparmaq olar?” deyə səslənmiş və ən yaxşı yol olaraq, ölkələrə və hadisələrə münasibətdə selektiv yanaşma təcrübəsinin tətbiq edilməsindən çəkinməyi tövsiyyə etmişdir.

Number of View: 401