İctimai iştirakçılıq ilə bağlı monitorinqlər

İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İctimai iştirakçılıq ilə bağlı şəffaflıq, hesabatlılıq və informasiya açıqlığının monitorinqi” layihəsinin icrasına başlayıb.

Bu barədə layihənin rəhbəri Cəsarət Hüseynzadə məlumat verib.

Təşkilat sədri qeyd edib ki, layihə çərçivəsində mərkəzi icra hakimiyyəti orqanlarında ictimai iştirakçılıq ilə bağlı şəffaflıq, hesabatlılıq və informasiya açıqlığının monitorinqini həyata keçiriləcək: “Bu sahədə vəziyyətin müzakirə olunması üçün 4 veriliş hazırlanacaq və maarifləndirci bukletlər nəşr olunacaq”.

Number of View: 2652