Qeyri-hökumət təşkilatları üçün kiçik qrant müsabiqəsi

Bayraqdar.info – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci il kiçik qrant müsabiqəsi elan edir.

Bu barədə bayraqdar.info-ya aprelin 13-də Agentlikdən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri bu proqram vasitəsi ilə qəbul ediləcək.

Layihələrin qəbulu 13 aprel 2022-ci il tarixdən 05 may 2022-ci il saat 18:00-a kimi təşkil ediləcək.
Ətraflı məlumatı bu saytdan əldə etmək olar.

Number of View: 1459