Bayraqdar.info – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Türkiyənin Daxili İşlər Nazirliyi arasında video formatda işçi görüş baş tutub.
Bu barədə bayraqdar.info-ya Agentlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Agentlik və Nazirlik arasında imzalanan Anlaşma Memorandumunun bəndlərinin icrası, Türkiyə Daxili İşlər Nazirliyi və QHT-lərinin 2022-ci il “Şuşa ili” çərçivəsində Azərbaycana səfəri barədə müzakirələr aparılıb.
Məlumatda qeyd edilib ki, səfər may ayında baş tutacaq. Qardaş ölkədən gələcək heyət Şuşa, Ağdam və Xocavəndi ziyarət edəcəklər. Eyni zamanda səfər çərçivəsində Azərbaycan və Türkiyə QHT-lərinin işbirliyi forumu keçiriləcək.
Number of View: 742