Bayraqdar.info – Delkabrın 28-də Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçilərinin geniş tərkibdə nümayəndə heyəti Şuşa şəhərinə səfər etdi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərdə müxtəlif sahələrdə fəaliyyət göstərən 100-dək QHT təmsilçisi iştirak edirdi.
Məlumat üçün bildirək ki, Şuşa səfəri Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə QHT-lərin Qarabağa yeddinci, Azərbaycanın mədəniyyət paytaxtına isə üçüncü səfəri idi.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyevin bildirdiyi kimi, səfərin təşkilində məqsəd 30 ilə yaxın erməni vandallarının törətdiyi dağıntıları, mədəni və tarixi abidələrin məhv edilməsini vətəndaşlarla işləyən insanlara tanış etmək və eyni zamanda burada aparılan bərpa və quruculuq işlərini onların diqqətinə çatdırmaqdır.
Beləliklə, səfər çərçivəsində QHT nümayəndələri öncə Şuşanın ən görməli və mənzərəli məkanlarında olan Cıdır düzündə oldular. Sonra Azərbaycanın dahi şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinə baş çəkən QHT təmsilçilərinə məlumat verildi ki, kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə inşa edilib.
Erməni vandallığından Molla Pənah Vaqifin məzarı üzərində inşa edilən kompleks də nəsibini alıb. Belə ki, 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada Molla Pənah Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat erməni vandalları tərəfindən məhv edilib. Lakin düşəmən işğalından sonra məqbərə yenidən təmir və bərpa edilərək bu ilin avqust ayında istifadəyə verilib.
Səfərin növbəti dayanacağı isə Yuxarı Gövhərağa məscidi oldu. QHT nümayəndələri məsciddə namaz qılaraq, dualar etdilər.
Qeyri-hökumət təşkilatlarının nümayəndələri mədəniyyət paytaxtımızda böyük həcmdə və sürətlə aparılan abadlıq, quruculuq işləri ilə də tanış oldular. Səfərin son duracaı Şuşanın qala divarlarının önü oldu.
Beləliklə, bu müqəddəs, qədim şəhərə ictimai sektor nümayəndələrinin daha bir səfəri uğurla başa çatdı. Əminik ki, QHT təmsilçilərinin bu səfəri həqiqətlərin dünya ictimaiyyətinə çatdırlıması işinə əlavə təkan verəcək.
Number of View: 538