Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Azay Quliyev deyib.
Millət vəkili sözlərinə görə, bu qələbənin şirinliyi ondadır ki, Azərbaycan xalqı bu qələbəni döyüş meydanında qəhrəmancasına döyüşərək, şəhid verərək, şəhid qanı bahasına qazandı. “Xilaskar lider, fateh sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı altında qəhrəman Azərbaycan ordusu qısa zaman ərzində 5 şəhər, 4 rayonu, 300-dək qəsəbə və kəndi, xeyli sayda strateji hərbi yüksəklikləri fəth edərək azğın düşmən ordusunun canlı qüvvəsini, onun silah-sursatını, hərbi texnikası döyüş meydanında məhv etdi. Düşmən qəhrəman ordumuz qarşısında tab gətirməyərək mövqelərini qoyub canını xilas ertmək üçün qaçdı. Azərbaycan ordusunun döyüş meydanındakı döyüş bacarığını, apardığı döyüşü mənfur düşmən belə özü etiraf edir. Hərbi əməliyyat bölgəsində iştirak edən xarici ölkə mediasının nümayənədləri, xarici ölkələrin hərbi ekspertləri də Azərbaycan ordusunun gücü, döyüş qabliyyətinə, bacarığına malik olduğunu qeyd ediblər. Odur ki, biz haqq etdiyimiz qələbəni döyüş meydanında , qan töküb, şəhid verərək qazandıq. Ordumuz qısa müddətdə Azərbaycan mənəvi paytaxtı olan Şuşanı işğaldan azad etməklə, düşməni diz çökdürüb ağ bayraq qaldırmağa vadar etdi. İşğalçı Ermənistanı kapitulyasiyaya vadar etdi”- millət vəkili qeyd edib.
Millət vəkili əlavə edib ki, bununla da xilaskar lider, fateh sərkərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan ordusu uzun illər boyu barələrində formalaşdırdığı erməni məğlubedilməzliyi ideologiyasını, mifi darmadağın etdi: “Ona görə də Azərbaycanın əldə etdiyi qələbə çox böyük tarixi bir qələbədir. Bununla Azərbaycan nəinki bölgədə, dünyada necə güclü, qüdrətli dövlət və orduya malik olduğunu sübut etdi. Bu qələbə Azərbaycan xalqını dünyaya qalib, məğrur, yenilməz xalq olduğunu nümayiş etdirdi. Dünya xilaskar lider, fateh sərkərdə İlham Əliyevin belə bir mürəkkəb münaqişəni həll etmək qabliyyətinə malik uzaqgörən, müdrik, qətiyyətli, cəsarətli siyasətçi olduğunu gördü. Məhz cənab Ali Baş Komandan İlham Əliyevin yürütdüyü cəsarətli siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü tamamilə bərpa olundu. Hansı ki, nə dünyanın aparıcı dövlətləri, nə dünya gücləri, beynəlxalq gücləri münaqişənin nəinki güc, heç danışıqlar yolu ilə həllinə imkan verməyib, mane olurdular. Ancaq və ancaq müzəffər sərkərdə, Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi nəticəsində münaqişə danışıqlar yolu ilə deyil, hərb yolu ilə həll etməyə nail oldu. Bu dünyada çox nadir münaqişərlərdəndir ki, hərb yolu ilə həll olundu. Çünki dünya gücləri və beynəlxalq aləm münaqişəni sülh yolu ilə həll etmədi və aparılan danışıqlar səmərəsiz oldu. Baxmayaraq ki, cənab Prezident dəfələrlə bəyan etdi ki, Azərbaycan işğal faktı ilə barışmayacaq və bir kvadratmetr ərazimizin işğal altında qalmasına razı olmayacaq. Alternativlərdən istifadə etməklə ərazi bütövlüyümüzü bərpa edəcəyik. Lakin nə münaqişənin həlli ilə birbaşa məşğul olan ATƏT-in Minsk qrupu və həmsədrlər ölkələr, nə də dünya gücləri buna ciddi əhəmiyyət vermədilər. Hər vasitə ilə Azərbaycanı mövcud reallıqla barışmağa vadar edirdilər. Ötən müddət ərzində biz Minsk qrupunun səmərəsiz bir institut olduğunu gördük. Hətta MQ-nin həmsdər ölkələrindən olan Fransanın verdiyi bəyanatlar nəinki bir vasitəçi ölkəyə, ümumiyyətlə beynəlxalq hüquq adına yaraşmayan hərəkət idi. Fransanın belə bir mövqe sərgiləməsi beynəlxalq hüququn qorunması isitqamətində atdığı səylərin hamısnın üstündən xətt çəkməsi deməkdir. Belə bir dünyada və mürəkkəb beynəlxalq vəziyyətdə əhalisi sayca az, ərazizi kiçik olan bir dövlət dünya güclərinin ona maneçilik yartmasına baxmayaraq, xalq-iqtidar-ordu bir yumruq kimi birləşib, dünyaya dəmir yumruğunu göstərib, torpaqlarını işğaldan azad etdi. Azərbaycan hərbi əməliyyatlara başalamaqla yeni geosiyasi düzəm yaratdı. Azərbaycan təkcə Cənubi Qafqazda deyil, Avrasiya məkanında necə güclü və qüdrətli dövlət olduğunu sübut etdi”.
Azay Quliyev bildiirb ki, Azərbaycanın qələbəsində dost və qardaş Türkiyənin də payı var: “Prosesin ilk günündən Türkiyə Azərbaycanın haqq mübarizəsinin yanında oldu. Bu gün dünya Türkiyə, Azərbaycan qardaşlığını müzakirə etməkdədir. Bundan sonra Azərbaycan və Türkiyə arasındakı əlaqələrə daha sıx olacaq və çox birgə işlər görəcəklər. Ona görə də bu qələbənin əhəmiyyəti o qədər böyükdür ki, bu barədə günlərlə danışsan bitməz”.
Əldə edilən qələbənin əhəmiyyətindən danışan millət vəkili bildirib ki, iki ay öncə Azərbaycanın belə bir qələbə çalacağını kimsə ağlına gətirə bilməzdi: “Məhz həyata keçirilən düşünülmüş, məqsədyönlü, müdrik siaysət bir an içində vəziyət dəyişdi. 2 ay bundan öncə tamamilə fərqli, məlub situasiyadan, qalib ölkəyə çevrildik. İşğalçı ermənilərin 30 il ərzində Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması və yaxud da Ermənistana birləşdirməsi istiqamətində fəaliyyətini heçə endirdik. Erməni lobbisi haqqında yaradılan mifi puça çıxdı. Onların səyi puça çıxdı. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə, təqvimindəki işğal günlərini qısa müddətdə sildi. Bundan sonra həmin bölgələrdə insanlar torpaqlarının işğaldan azad olunma günlərini bayram kimi qeyd edəcəklər. Tezliklə bir molyonadək məcburi köçkünümüz öz ata yurdlarına dönəcək. Orada yeni bir cənnət Azərbaycan qurulacaq. Həyat yenidən öz axarına qayıdacaq. İşğaldan azad olunan torpaqlarımızda yeni həyat canlandıqca iqtisadiyyatımız, turzim , kənd təsərrüfatı sürətlə inkişaf edəcək və ölkəmizin gücünə əlavə güc qatacaq. Bu qələbənin ən mühüm nailiyyətlərindən biri də uzun müddət blokada şəraitində olan Naxçıvana quru yolun açılması olacaq. Naxçıvanla birbaşa quru yolunun yaradılması təkcə Naxçıvan üçün yox, bütövlükdə Türk dünyasını birləşdirəcək bir yol olacaq. Odur ki, bu qələbənin tarixi əhəmiyyəti barədə danışdıqca bitməz. Bu qələbə necə bir böyük uğura imza atdığımızı sübut edir. Azərbaycan ordusunun bu qələbəsi dünya hərb tarixinə qızıl hərflərlə yazılacaq və öyrəniləcək. Çünki Azərbaycan hərbi əməliyyatlar zamanı təkcə döyüş meydanındakı döyüş bacarığınız yox, həm də yeni nəsil, ən müasir hərbi texnologiyalardan necə məharətlə istifadə edib, az itki verməklə, qısa zamanda qələbə qazanmasını nümayiş etdirdi. O baxımdan da bu qələbənin siyasi, ideoloji, hərbi, iqtisadi və digər cəhətlərdən böyük önəmi var”.
Millət vəkili onu da qeyd edib ki, Azərbaycan xalqı nümayiş etdirdiyi birliyi bundan sonrada qoruyub saxlamalıdır: “Çünki qarşıda hələ çox böyük məqəsdlərə nail olmaq üçün strateji hədəflərimiz var. Bu birlik və göstərdiyimiz fədəkarlıqlar həmin hədəflərə çatmağımıza imkan verəcək. Bun əminəm. Ona görə də Ulu öndərin dediyi kimi fəxr edirəm ki, azərbaycanlıyam.. Xoşbəxt xalqıq ki, xaqlın taleyüklü məsələlərini üzərinə götürüb, onu layiqincə yerinə yetirmək qabliyyətinə malik İlham Əliyev kimi xilaskar liderimiz, fateh sərkərdəmiz və Ali Baş Komandanımız var. Bu fəxrlə deyə bilirik ki. Biz qalib xalqın nümayəndəsiyik. Bu sevinci, məğrurluğu yaşadan, qəddimizi düzəlməsinə səbəb olan qəhrəman ordumuz var. Cəsur əsgərimiz dünyada mümkün olmayanı gerçəkləşdirdi. Odur ki, bütün əsgərlərimiz, qələbə uğrunda canlaırndan keçən şəhidlərimiz və yaralılar, onların valideynləri, anaları, bacı qardaşları, övladları qarşısında baş əyirəm. Şəhid ailələri, valideynləri, anaları, övladlarına, bacı, qardaşları bilməlidirlər ki, onlar bu gün dünyanın ən hörmətli və sevimli insanlarıdır. Onların ruhu və xatirələri dünya durduqca qəlbimizdə yaşayacaq. Vətən onları unutmayacaq. Onların qəhrəmanlığı barədə dastanlar yazılacaq. Çünki bizlər onların sayəsində bükülümüş qəddimiz dikəlib, qalib, yenilməz bir xalqa çevrilmişik. Bu qələblərə onların sayəsində oldu. Biz onlara hər zaman borcluyuq və borclu olacağıq. Bu böyük tarixi qələbə münasibəti ilə bir daha xalqımızı təbrik edirəm. Əminəm ki, biz xilaskar lider İlham Əliyevin rəhbərliyi altında hələ çoxsaylı qələbələrə imza atacağıq”.
Mürtəza
Ölkə.Az
Number of View: 1728