Elan: Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti seminarıAnnouncement: online freedom of expression culture seminar for teachers

CASCFEN
CASCFEN

Bakı, CASCFEN, 11.05.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımıyla “Müəllimlər üçün onlayn ifadə azadlığı mədəniyyəti üzrə seminarlar”a başlayır.

İlk seminar bu il mayın 23-də Bakı şəhərində (ünvan haqqında bilgilər iştirak üçün seçilmişlərə əlavə olaraq bildiriləcək) keçiriləcək. Seminarda aşağıdakı mövzulara yer veriləcək:

1. İfadə azadlığının təmin edilməsində Azərbaycanın da tərəfdar çıxdığı beynəlxalq normalar; 2. Azərbaycan qanunlarında ifadə azadlığının təminatı; 3. İfadə azadlığından sui-istifadə hallarının yaratdığı məsuliyyət; 4. Sosial şəbəkələr və digər onlayn platformalarda ifadə azadlığı mədəniyyəti – netiket; 5. Netiketin pozulma halları və onların aradan qaldırılması; 6. Tədris prosesində onlayn mənbələrlə iş zamanı netiketə əməl edilməsi; 7. Örnəklər üzərində iş.

Seminara yalnız orta məktəb müəllimləri qatıla bilər. Yerlər məhdud olduğu üçün ilk müraciət edənlərə üstünlük veriləcəkdir. Seminarda 25 nəfərin iştirakı nəzərdə tutulur. Sonda iştirakçılara CASCFEN-in sertifikatı veriləcəkdir.

Qatılmaq istəyənlərin ən geci 20 may tarixinə qədər bu ünvanlara müraciət etməsi xahiş edilir: info@cascfen.net və ya azer@azerhasret.com. www.cascfen.net Layihə rəhbəri: Azər Həsrət – www.azerhasret.com +994 50 335 2795

İştirak etmək istəyənlərin özləri haqqında aşağıdakı bilgiləri e-poçtla göndərmələri xahiş edilir: Ad, soyad. İşlədiyi məktəb, dərs dediyi fənn və iş stajı.

Seminar ödənişsizdir.

Şərt: Kompüter bilgiləri aşağı səviyyədə olanlar seminarlara qəbul edilməyəcək. Sosial şəbəkələrdən istifadə etməyənlərin də seminarda iştirakı təmin edilməyəcəkdir.

CASCFEN Mətbuat Xidməti

Number of View: 16243