CASCFEN-dən müəllimlər üçün netiket seminarıCASCFEN conducts seminar on netiquette for teachers

Bakı, CASCFEN, 05.01.2015 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi Bakıda ölkənin müxtəlif bölgələrindən gəlmiş 40-dək müəllim üçün seminar təşkil edib. “Onlayn etika – netiket” proqramı çərçivəsində Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunda təşkil edilmiş seminarda “Virtual aləmdə etik normaların gözlənilməsi” mövzusunda müzakirələr aparılıb.

CASCFEN sədri Azər Həsrət əsas mövzu ətrafında çıxış edərək iştirakçılara virtual müstəvidə davranışın “10 qızıl qaydası” haqqında danışıb. Çıxışçı qeyd edib ki, Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli bir şəkildə insanların həyatına daxil olması bu müstəvidə davranış qaydalarının da təbliğinə zərurət yaradıb.

Seminardan görüntülər
Seminardan görüntülər

“Artıq ölkəmizdə yeni texnologiyalar hər kəs üçün əlçatandır. Heç bir senzura tətbiq edilmir, insanlar istədikləri kimi, azad şəkildə bu texnologiyalardan istifadə edir. İstər ölkə Konstitusiyası, istərsə də uyğun qanunlarımız onlayn müstəvidə də ifadə azadlığı üçün ən yüksək təminat verir. Təbii ki, hər bir vətəndaş bu azadlıqdan gen-bol istifadə edir. Amma təəssüflər olsun ki, bəzən bəzi insanlar belə azad mühitdən sui-istifadə edir, başqalarının könlünü bulandıracaq, haqqını tapdayacaq əməllərə yol verirlər. Elə buna görə də biz, “Onlayn etika – netiket” proqramının geniş şəkildə, müxtəlif peşə sahibləri arasında tətbiqində maraqlıyıq”, – deyə Azər Həsrət bildirib.

CASCFEN sədri onu da qeyd edib ki, təhsil sahəsində İKT-nin sürətli tətbiqində əldə edilməkdə olan uğurlar həm də bu sahənin insanları arasında geniş maarifləndirmə işi aparmağı zəruri edir: “Bəzən görürük ki, müəllimlər, şagirdlər arasında elə insanlar olur ki, onlar özləri də bilmədən onlayn etika çərçivəsini aşırlar. Müəllif hüquqları pozulur, nəzakətsizliyə yol verilir, müzakirə və mübahisələr zamanı kobudluq edilir. Ümumilikdə insanların əhvalına mənfi təsir edən hallara yol verilir. Halbuki uyğun maarifləndirmə işi aparılsa, bu hallar baş verməz”.

Əsas mövzu dinlənildikdən sonra seminar sual-cavab və iştirakçıların çıxışlarıyla davam edib. Tədbir iştirakçılarına CASCFEN-in Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyəsilə çap etdirdiyi “Virtual aləmdə etik normaların gözlənilməsi” adlı kitabça da paylanıb.

Tədbir iştirakçıları belə seminarların məktəblərdə təşkilində maraqlı olduqlarını bildirib, CASCFEN sədri Azər Həsrət də başçılıq etdiyi qurumun böyük həvəslə buna hazır olduğunu deyib.

Sonda iştirakçılara CASCFEN-in sertifikatı təqdim edilib.

Samuxdan olan müəllim Zöhrə Verdiyevaya sertifikat tərdim edilərkən
Samuxdan olan müəllim Zöhrə Verdiyevaya sertifikat tərdim edilərkən

Qeyd edək ki, “Onlayn etika – netiket” proqramı artıq 3 ildir ki, CASCFEN-in daxili imkanları hesabına həyata keçirilən fasiləsiz layihədir. Proqram çərçivəsində seminarlar ödənişsizdir.

Baku, CASCFEN, 05.01.2015 – The Central Asian and Southern Caucasian Freedom of Expression Network has conducted a seminar for about 40 teachers from different regions of Azerbaijan. The seminar was realized on the framework of “Online ethics – netiquette” program. The participants have discussed “Observance of ethical norms in the virtual world”. The event took place at the premises of the Institute of Educational Problems of the Republic of Azerbaijan.

The chairman of CASCFEN Azer Hasret gave a speech on main topic and talked to participants about “10 Golden Rules” of conduct on virtual hemisphere. He has mentioned that Azerbaijan is quick to implement new information communication technologies, which makes necessary to enlighten people on online ethics.

Views from the seminar
Views from the seminar

“New technologies are already accessible for everyone in our country. There is no any censorship. The people can use these technologies freely, however they want. Just the Constitution of the country, or the relevant laws provide high level guarantee for the online freedom of expression as well. Naturally, everyone uses these freedoms in a wide range. But unfortunately some people misuse this free environment, disturb other users, violate their rights. That’s why we are interested in implementation of “Online ethics – netiquette” program among people of various professions”, – has said Azer Hasret.

CASCFEN chairman has noted that quick process of successful implementation of ICT in the education system makes it necessary to arrange enlightenment among people of this sector: “We see that sometimes there are people among teachers and pupils who unwittingly violate the frames of online ethics. Authors rights are violated, hate speech is used, impoliteness is wide spread. In general, the cases of negative impact on people are used, while we could prevent these appearances through relevant enlightenment”.

After hearing the main topic the participants continued with question-answers and discussions.

The participants have got a free copy of the book titled “Observance of ethical norms in the virtual world” published by CASCFEN with financial support of the State Support Council for NGOs under the President of the Republic of Azerbaijan.

The participants expressed a wish to arrange such seminars in the schools for teachers and high grade students. CASCFEN chairman Azer Hasret said that they will be happy to conduct these seminars in schools.

The Certificate of Attendance was presented to each participant at the end of seminar.

The Certificate is submitted to Zohra Verdiyeva from Samukh region
The Certificate is submitted to Zohra Verdiyeva from Samukh region

We shall note that “Online ethics – netiquette” program is implemented by CASCFEN within last 3 years with no outside support. The seminars are free of charge.

Number of View: 5430