Bakı, CASCFEN, 07.10.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Azərbaycanda 9 oktyabr 2013-cü il Prezident seçkisi günündə media işçilərinin fəaliyyətinin effektiv monitorinqini təmin etmək üçün qaynar xətt elan edib.
Qurumdan verilən xəbərə görə, təşkilatın sədri Azər Həsrət şəxsən prosesə rəhbərlik edəcək. Gün ərzində media qurumlarının təmsilçiləri qarşılaşdıqları problemlər, həmçinin seçki prosesinin izlənməsi ilə bağlı ortaya çıxan anlaşılmazlıqlar haqqında bilgi almaq üçün CASCFEN-in qaynar xəttinə müraciət edə bilərlər.
Azər Həsrət bildirib ki, seçki prosesinin media təmsilçiləri üçün də sakit bir ortamda keçməsindən ötrü onlara təxirəsalınmaz hüquqi yardım edilməsi, eyni zamanda ortaya çıxa biləcək problemlərin anında həlli vacib məsələdir.
Qeyd edək ki, CASCFEN-in 9 oktyabrda gün boyu fəaliyyət göstərəcək qaynar xətti ilə əlaqə saxlamaq üçün aşağıdakı vasitələr təqdim edilir:
Mobil telefon: +994 70 335 2795
e-poçt: info@cascfen.net
Facebook: facebook.com/cascfen
Müraciətlər həm də ingilis, rus və türk dillərində edilə bilər.
CASCFEN Mətbuat Xidməti
Baku, CASCFEN, 07.10.2013 – The Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) is going to arrange hotline to conduct effective monitoring of activities of media workers on October 9, 2013 Presidential election day in Azerbaijan.
According to news delivered to media Azer Hasret, CASCFEN chairman will direct the process personally. During the day the media workers will have an opportunity to apply to CASCFEN hotline with questions in regard to election laws and faced problems.
Azer Hasret said that it is important to provide urgent assistance to journalists in order to provide their free and safe news gathering process during the day of election.
We shall note that to contact the hotline journalists can use the following communication tools:
Mobile phone: +994 70 335 2795
e-mail: info@cascfen.net
Facebook: facebook.com/cascfen
Languages to contact the hotline are Turkish, English and Russian.
CASCFEN Press Service
Number of View: 9262