CASCFEN Qazaxıstanda işbirliyi memorandumu imzaladıCASCFEN signs a Memorandum on collaboration with Kazakhstani NGO

Diana Medvednikova və Azər Həsrət

Astana, CASCFEN, 29.04.2013 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Qazaxıstanda fəaliyyətini genişləndirmək məqsədilə bu ölkədə fəaliyyət göstərən “Hüquq Media Mərkəzi” İctimai Fondu ilə “Qarşılıqlı yardım və beynəlxalq səviyyədə dəstək yönündə işbirliyi haqqında” memorandum imzalayıb.

CASCFEN sədri Azər Həsrətin Qazaxıstanın paytaxtı Astanadan verdiyi xəbərə görə, memorandum aprelin 26-da Qazaxıstan Media Mərkəzində imzalanıb.

Memoranduma görə, onu imzalayan “tərəflər əmindir ki, qarşılıqlı yardım və beynəlxalq səviyyədə dəstək sahəsində hərtərəfli işbirliyi hər iki ölkədə həm ifadə azadlığı, həm də KİV-in hüquqlarının qorunması sahəsində durumun yaxşılaşmasına faydalı olacaq”.

Memorandumun 1-ci maddəsinə görə tərəflər qarşılıqlı şəkildə söz azadlığı və KİV-in hüquqlarının qorunması ilə bağlı bir-birini informasiya ilə təmin edəcək, beynəlxalq təşkilatlarda və tədbirlərdə iştirak zamanı bir-birilərinin maraqlarını müdafiə edəcək.

Memorandumda o da vurğulanıb ki, tərəflər bir-birinə yalnız qanunla sirr hesab edilməyən və ümumaçıq informasiyaları göndərmək haqqında öhdəlik götürür.

İki səhifədən ibarət olan və “müddətsiz” qeydi ilə imzalanan sənədi Qazaxıstan tərəfdən “Hüquq Media Mərkəzi” İctimai Fondunun direktoru Diana Medvednikova və Azərbaycan tərəfdən CASCFEN sədri Azər Həsrət təsdiqləyib.

Memorandum imzalanarkən

CASCFEN Mətbuat Xidməti

Diana Medvednikova and Azer Hasret

Astana, CASCFEN, 29.04.2013 – Baku based freedom of expression watchdog, Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) in order to broaden activities in Kazakhstan has signed a “Memorandum about cooperation on mutual collaboration and support on international level” with the Public Foundation “Law Media Center” acting in this country.

According to news delivered by CASCFEN Chairman Azer Hasret from the capital of Kazakhstan, Astana, the Memorandum was signed on April 26, 2013 in Kazakh Media Center.

According to the Memorandum, “the signatories are sure that mutual support and broader collaboration on international level will benefit the situation with freedom of expression and protection of mass media rights in both countries”.

As is noted in the first clause of the Memorandum, the sides will provide each other with information on freedom of expression and protection of mass media rights and will defend mutually the interests of each other while participating in international organizations and events.

It is stressed out in the Memorandum that the sides take obligation to provide each other with information only open to all and not protected by the law as a secret.

The Memorandum, which consists of two pages, was signed with the note “forever” by the Director of Public Foundation “Law Media Center”, Kazakhstan Diana Medvednikova and a chairman of CASCFEN, Azerbaijan Azer Hasret.

Signing the Memorandum

CASCFEN Press Center

Number of View: 25378