CASCFEN Yevlaxda onlayn etika seminarı keçirdiCASCFEN conducts a seminar on online ethics in Yevlakh city

Azər Həsrət çıxış edərkən

Yevlax, CASCFEN, 15.0.42013 – Ötən həftəsonu Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) Yevlax şəhərində gənclər üçün qurumun “Onlayn etika – netiket” proqramı çərçivəsində bir günlük seminar-treninq keçirib. Əsas məruzəçi qismində CASCFEN sədri Azər Həsrətin çıxış etdiyi seminarda Beynəlxalq Avrasiya Mətbuat Fondunun UNICEF-in dəstəyi ilə gerçəkləşdirdiyi “Azərbaycan Gənclərinə Dəstək Proqramı” çərçivəsində fəaliyyət göstərən Yevlax təbliğat qrupunun 15 üzvü iştirak edib.

Gənclərin təşəbbüsü ilə baş tutan seminarın açılışında qrupun rəhbəri Rafiq Vaqifoğlu qeyd edib ki, Yevlax gəncləri Azərbaycanda gedən sürətli quruculuq prosesində daha fəal iştirak etməyə çalışır. Ona görə də yeni nəslin bilik və bacarıqlarının artırılması üçün hər zaman yeni təşəbbüslərlə çıxış edir. “Bu baxımdan biz CASCFEN-in gənclər üçün gerçəkləşdirdiyi “Onlayn etika – netiket” proqramı çərçivəsində seminarın məhz Yevlaxda təşkilini istədiyimizi bildirdik və qurum da bunu müsbət qarşıladı. Ümid edirəm ki, bugünkü seminar gənclərin ürəyincə olacaq”, – deyə o, bildirib.

Daha sonra çıxış edən CASCFEN sədrinin müavini Nadir Azəri isə qeyd edib ki, CASCFEN öz fəaliyyətində şəffaflıq və könüllülük prinsiplərinə üstünlük verdiyi üçün bu seminarı da öz daxili imkanları hesabına gerçəkləşdirir. “Halbuki bəzən böyük məbləğdə vəsaitlər əldə etməyi bacaran təşkilatların ən adi tədbiri belə təşkil etməkdə çətinlik çəkdiyini görürük”, – deyən Nadir Azəri CASCFEN-in gələcəkdə də region gəncləri üçün belə proqramları davam etdirəcəyini vurğulayıb.

Daha sonra söz ekspert, CASCFEN sədri Azər Həsrətə verilib. O, “Onlayn etika – netiket” mövzusunda ətraflı çıxış edib, nümunələr verməklə və qarşılıqlı müzakirə şəraitində xüsusən də gənclərin torüstü (virtual) aləmdə davranış qaydalarının norma və prinsipləri ətrafında canlı fikir mübadiləsinə rəvac verib. Ekspert onu xüsusilə vurğulayıb ki, “bəzi insanlar kompüter arxasında oturduğu zaman elə düşünür ki, onu heç kim görmürsə, nə istəsə və necə istəsə paylaşa bilər. Bu isə gənclərin uyğunsuz kontent paylaşmasına, başqalarını rahatsız etməsinə və nəticədə hətta insan ölümü ilə sonuclanan faciələrə gətirib çıxarır”.

Azər Həsrət qeyd edib ki, başçılıq etdiyi CASCFEN söz azadlığı uğrunda mübarizə aparan bir təşkilat olmaqla xüsusən də torüstü aləmdə ifadə azadlığı mədəniyyətinin yüksəldilməsinə çalışır. “Fərqli siyasi qurumlara, təşkilat və qruplara üzv olan insanların bir-birilə torüstü müzakirə zamanı kəskin və qırıcı ifadələrdən çəkinməsi, qurucu və müsbət ifadə formalarına üstünlük verməsi ümumilikdə ölkəmizdə ifadə azadlığı mədəniyyətinin yüksəlməsinə səbəb olacaq”, – deyə o, qeyd edib.

Gənclərin də fəal qatıldığı müzakirə və bilgi paylaşımının sonunda aşağıdakı iştirakçılara CASCFEN-in sertifikatı təqdim edilib:

1. Bayramova Aysel Nazim qızı
2. Bayramova Çəmən İlqar qızı
3. Bayramova Zülfiyyə İlqar qızı
4. Əliyev Rafiq Vaqif oğlu
5. Əliyeva Türkan Fikrət qızı
6. Əsədov Rəşad Mübariz oğlu
7. Hacıyeva Samirə Həsənbala qızı (Mingəçevir)
8. Həsənov Nahid Əsgər oğlu
9. Qarayev Şahin Yaşar oğlu
10. Quliyeva Aynur Tofiq qızı
11. Qurbanov Rəşad Arif oğlu
12. Mahmudova Hicran Əli qızı
13. Mahmudova Zülfiyyə Əli qızı
14. Mikayılov Ariz Akif oğlu
15. Sadıqlı Tural Rafail oğlu

Sertifikatlarla xatirə şəkli

Daha bir xatirə şəkli

CASCFEN Mətbuat Xidməti

Azer Hasret in action

Baku, CASCFEN, 15.0.42013 – The last weekend the Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has conducted a one day seminar-training for youths in the framework of “Online ethics – netiquette” program. Some 15 young people representing International Eurasia Press Fund`s Yevlakh Propaganda Group in the framework of “Support Program to Azerbaijani Youth”, which is implemented with support of UNICEF, took part in the seminar. CASCFEN chairman Azer Hasret acted as a main expert in the event.

The head of the group Rafiq Vaqifoglu has noted in his opening remarks that the seminar was initiated by the youth of Yevlakh themselves who want to be more active in the process of democratization processes in Azerbaijan. “That’s why we always act with new initiatives to broaden knowledge of young people. In terms of this situation we asked to conduct a seminar in the framework of “Online ethics – netiquette” program and the organization was positive to do this. I hope today`s seminar will be fruitful for youths” – added he.

Speaking afterwards CASCFEN deputy chairman Nadir Azeri has noted that his organization gives more importance to the issues like transparency and voluntarism and so is conducting this seminar with its internal resources. “But sometimes some organizations having huge financial resources can`t arrange even a small event” – said Nadir Azeri and added that CASCFEN will continue its activities for young people in the regions.

Azer Hasret, a chairman of CASCFEN, who acted as a main expert in the seminar gave a speech on “Online ethics – netiquette” causing live discussions and exchange of ideas. He acted with samples from online discussions and knowledge sharing thus motivating participants to share pro and contra positions. The expert has noted especially that “some people sometimes sitting behind computer think that they are not visible to anyone and they can share whatever they want. And this situation moves young people to share unwanted content and to disturb others which sometimes bring even to the conflict with mortal end unfortunately”.

Azer Hasret has noted that CASCFEN, being an organization, which just struggles for freedom of expression tries to achieve high level of freedom of expression culture while interacting online. “We want people representing different political organizations, NGOs to be more polite and positive than negative and impolite while interacting online. So in this case this would bring to higher level the freedom of expression culture in our country” – has added he.

At the end of the seminar, where all young participants were very active all 15 participants got CASCFEN`s certificates:

1. Bayramova Aysel Nazim qizi
2. Bayramova Cheman Ilqar qizi
3. Bayramova Zulfiyya Ilqar qizi
4. Aliyev Rafiq Vaqif oglu
5. Aliyeva Turkan Fikret qizi
6. Asadov Rashad Mubariz oglu
7. Hajiyeva Samira Hasanbala qizi (Mingachevir)
8. Hasanov Nahid Asgar oglu
9. Qarayev Shahin Yashar oglu
10. Quliyeva Aynur Tofiq qizi
11. Qurbanov Rashad Arif oglu
12. Mahmudova Hijran Ali qizi
13. Mahmudova Zulfiyya Ali qizi
14. Mikayılov Ariz Akif oglu
15. Sadiqli Tural Rafail oglu

Photo with certificates
One more photo with certificates

CASCFEN Press Service

Number of View: 8835