CASCFEN-in saytı artıq Azərbaycan dilində fəaliyyətə başladıCASCFEN launches Azerbaijani version of its web site

Bakı, CASCFEN, 27.11.2012 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) bir ay öncə ingilis dilində yenidən istifadəyə verilən www.cascfen.net domen ünvanlı İnternet saytı artıq Azərbaycan dilində də fəaliyyətə başlayıb.

Təşkilatdan verilən xəbərdə deyilir ki, sayt üzərində bir müddət öncə başlamış işlər başa çatmaq üzrədir və demək olar ki, gündəlik Azərbaycan dilində də xəbərlər yayımlanır.

CASCFEN sədri Azər Həsrətin bununla bağlı açıqlamasında bildirilir ki, Azərbaycanda və bütövlükdə region ölkələrində söz və ifadə azadlığı məsələləri ilə məşğul olan bir təşkilat kimi başçılıq etdiyi qurum Azərbaycanlı istifadəçiləri beynəlxalq qurumların təklif etdiyi imkanlarla da tanış etməyə çalışır. “Artıq bizim saytımızdan həm də Azərbaycan dilində beynəlxalq jurnalist və insan haqları qurumlarının jurnalistlər, QHT fəalları və maraqlanan hər kəs üçün təklif etdiyi proqramlar, layihələr, təqaüdlər haqqında bilgi almaq mümkün olacaq. Biz bu yolla Azərbaycandan olan fəalların beynəlxalq səhnəyə çıxışını asanlaşdırmaq istəyirik”, – deyə Azər Həsrət bildirib.

CASCFEN-dən onu da bildiriblər ki, saytda Azərbaycan QHT-ləri təcrübəsində ilk dəfə olaraq qurumun bütün üzvlərinin siyahısı da yerləşdirilib: “Biz bu yolla cəmiyyətə daha şəffaf olduğumuzu, kimlərlə eyni sırada addımladığımızı göstərmək istəyirik”.

Onu da əlavə edək ki, CASCFEN öz sıralarında fərqli siyasi cinahlara aid üzvləri birləşdirən nadir təşkilatlardan biridir.

CASCFEN Mətbuat Xidməti

CASCFEN-in saytı Azərbaycan dilində

Baku, CASCFEN, Nov 27, 2012 – Baku, Azerbaijan based freedom of expression watchdog organization – Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) has launched its web site`s Azerbaijani version after having it re-launched in English a month ago at www.cascfen.net.

As it was informed from the organization the works on web site`s Azerbaijani version are going to be completed soon but media and freedom of expression related news in Azerbaijani language are published on a daily bases.

Azer Hasret, CASCFEN chairman has noted in this regard that his organization being interested to bring more international attention and collaboration opportunities to Azerbaijan and other countries of the region tries to deliver as more as possible information about international programs, projects and fellowships for NGOs, journalists and other human rights actors. “So we want to make easier for civil society actors to be more involved in international activities”, – said Azer Hasret.

CASCFEN press service also informs that this organization being the first in its kind has posted the names of all its members to the web site: “This way we wanted to be more transparent and show with whom we are going our way”.

It should be noted that the CASCFEN is a unique NGO which has members from different politically affiliated sides in Azerbaijan.

CASCFEN Press Service

CASCFEN web site in Azerbaijani

Number of View: 9329