Bakı, CASCFEN, 21.11.2012 – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi (CASCFEN) artıq iki beynəlxalq təşkilatın tam hüquqlu üzvüdür.
Bu haqda xəbəri CASCFEN sədri Azər Həsrət verib. O, bildirib ki, noyabrın 20-də Etik Jurnalistika Şəbəkəsi (EJN) adlı beynəlxalq təşkilatın icraçı direktoru Eydn Uayt CASCFEN-in daha öncə ünvanlanan üzvlük müraciəti əsasında qurumun artıq üzvlüyə qəbul edildiyi haqqında məlumat verib. Bundan başqa, CASCFEN sədri Azər Həsrət EJN-in dekabrın 10-da Brüsseldə keçiriləcək toplantısına da dəvət edilib.
Qeyd edək ki, öz sıralarında Beynəlxalq Mətbuat İnstitutu, Qlobal Redaktorlar Şəbəkəsi, Avropa Yayım Şurası, İnternyus, Dünya Mətbuat Azadlığı Komitəsi, Media Fərqliliyi İnstitutu kimi bir çox beynəlxalq qurumları birləşdirən EJN-in əsas fəaliyyəti bütün növdən olan mediada yaxşı idarəetmə, jurnalist etikası və jurnalistlərin özünüidarə məsələlərini əhatə edir.
CASCFEN sədri Azər Həsrət onu da əlavə edib ki, rəhbərlik etdiyi təşkilat EJN-lə bərabər daha bir beynəlxalq qurumda üzvlüyünü bərpa edib. Bu da Medianın İnkişafı üçün Qlobal Forum (GFMD) adlı təşkilatdır ki, CASCFEN bir neçə il öncə onun üzvü olsa da fəaliyyətində yaxından iştirak etmirdi. “Biz düşündük ki, artıq yeni mərhələyə qədəm qoyduğumuz üçün bu təşkilatdakı fəaliyyətimizi də bərpa edək. Ümid edirik ki, həm EJN, həm də GFMD-dəki üzvlüyümüz Azərbaycan və bütövlükdə region mediası üçün faydalı olacaq”, – deyə CASCFEN sədri bildirib.
CASCFEN Mətbuat Xidməti
Baku, CASCFEN, 21.11.2012 – Baku, Azerbaijan based freedom of expression watchdog, Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN) already is a member of two international organizations.
The news about this was disseminated by CASCFEN chairman Azer Hasret. As he told to media, on November 20, 2012 Aidan White, executive director of the Ethical Journalism Network (EJN) informed him that the application to join this network is accepted and now CASCFEN is a member of this global network. Alongside with this Azer Hasret is invited to Brussels to attend EJN meeting on December 10, 2012.
The main goal of EJN, which affiliates such organizations like International Press Institute, Global Editors Network, European Broadcasting Union, Internews Europe, World Press Freedom Committee, Media Diversity Institute and so on is promotion of good governance in media across all platforms; promotion of ethical conduct in journalism and raising-awareness on the need for new and effective forms of self-regulation of journalistic content.
CASCFEN chairman Azer Hasret has added that his organization decided to renew its membership in one more international organization. This organization is the Global Forum for Media Development (GFMD) and instead of being its member CASCFEN was not active with this organization. “We thought as we are stepping into new stage we need to continue our activities in this organization as well. We hope that CASCFEN`s membership to EJN and GFMD will be beneficial for Azerbaijani mass media and media of the our geography as well”, – has said CASCFEN chairman.
CASCFEN Press Service
Number of View: 13082