Bakı, CASCFEN, 06.11.2012 – “Son zamanlar müxalif “Azadlıq” və “Yeni Müsavat” qəzetləri ilə bağlı tez-tez gündəmə gələn, xüsusən də beynəlxalq qurumların diqqətində olan məhkəmə prosesləri və böyük məbləğdə cərimələrin kəsilməsi Azərbaycanın imicinə ciddi zərbə vurur.” Bu fikir Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrətə aiddir.
CASCFEN sədri qəzetlərə qarşı məhkəmə proseslərinin mahiyyətinə və səbəblərinə toxunmadan iddiaçı tərəfləri Azərbaycan dövlətçiliyi naminə media ilə olan problemlərini jurnalistlərin özünütənzimləmə qurumu olan Azərbaycan Mətbuat Şurası vasitəsi ilə həll etməyə çağırır: “Biz sizin məhkəməyə müraciət etmə hüququnuza hörmətlə yanaşırıq. İddialarınızda haqlı və ya haqsız olduğunuzla bağlı mübahisə açmadan yalnız Azərbaycanın beynəlxalq imicini düşünməyinizi arzu edirik. Bu gün ölkəmizdə ən çox tənqidlərə və həm də haqsız tənqidlərə məruz qalan şəxs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevdir. Bununla belə o, bu günədək heç bir media qurumu və ya jurnalistə qarşı məhkəmə davası açmayıb. Düşünürük ki, cənab Prezidentin bu davranışı qəzetlərə qarşı iddiası olan başqa şəxslər üçün örnək olmalıdır. Əlbəttə ki, sizin iddialarınızdan tam olaraq geri çəkilməyinizi də tələb etmirik. Sadəcə istərdik ki, media ilə olan davalarınızı Mətbuat Şurası vasitəsilə həll edəsiniz”.
Azər Həsrət açıqlamasında qeyd edib ki, artıq on ilə yaxındır fəaliyyət göstərən Mətbuat Şurası öz işinin öhdəsindən uğurla gəlməklə geniş etimad qazanmışdır və yüksək rütbəli məmurlar, iş adamları bunu nəzərə almaya bilməzlər. “Təkcə son bir ildə Mətbuat Şurasına beş yüzədək şikayət daxil olub və onların böyük əksəriyyəti iddiaçı tərəflərin xeyrinə həll edilib. Bu isə Azərbaycanın beynəlxalq aləmdə haqlı-haqsız tənqidlərə məruz qalmasının qarşısını alıb. Halbuki həmin beş yüz şikayət ərizəsi məhkəmələrə daxil olsaydı ölkəmiz haqqında hansı fikirlər yaranardı? Ona görə də biz sizi heç nəyi deyil, yalnız və yalnız Azərbaycan dövlətinin imicini və mənafelərini, həmçinin cənab Prezidentin nümunəsini nəzərə alaraq “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinə qarşı iddialarınızı Mətbuat Şurasında həll etməyə çağırırıq”, – deyə CASCFEN sədri bildirib.
CASCFEN Mətbuat Xidməti
Baku, CASCFEN, Nov. 06, 2012 – “The last times several court cases and high financial fines imposed on opposition “Azadliq” and “Yeni Musavat” dailies attract public opinion outside of Azerbaijan and damages an image of the country.” This message was delivered by Azer Hasret, a Chairman of Baku based freedom of expression watchdog, Central Asian and Southern Caucasian Freedom of Expression Network (CASCFEN).
The Chairman of CASCFEN didn`t mention the question of validity of court appeals if they are just or not. He just called on pretending sides to solve all problems with mass media and journalists through Azerbaijan Press Council which is the major self-regulation body for media workers: “Of course we respect your right to apply to court. Even we don`t want to open discussions whether you are right or wrong. We only call on you to think about international image of Azerbaijan. The President of Azerbaijan Mr. Ilham Aliyev is the first person who always faces criticism from media workers. But up today he never applied to court to punish journalists or media outlets while could do this any time. So we think that this behavior of the President should be good sample for all high ranking officials and business people. Of course we don’t call on you to step back from your claims. We just only ask you to apply to Press Council rather than to courts”.
Azer Hasret has noted that the Press Council already exists about ten years and has gained wide range of recognition from society. As a result many high ranking officials, business people usually apply to Press Council to solve disputes with mass media. “Only within last year some five hundred appeals have been submitted to Press Council and in most cases journalists and media outlets were punished in line with The Code of Conduct of Azerbaijani Journalists. As a result the image of our country has been damaged much less. That`s why we call on you to think about international image of our country and to take an example of Mr. President pushing back your court claims against “Azadliq” and “Yeni Musavat” dailies and solve disputes through Press Council”, – said CASCFEN Chairman.
CASCFEN Press Service
Number of View: 9344